Bakıda ağır avtobus qəzası: yaralılar var

Bakıda ağır avtobus qəzası: yaralılar var
Bütün Xəbərlər
15:33 04.05.2013
2592

Qəza nəticəsində çoxlu sayda yaralı var.

Bu gün saat 14:15 radələrində Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində ağır avtobus qəzası baş verib. Sabunçu rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, avtobus qəzası nəticəsində 3 nəfər sərnişin yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Maştağa qəsəbəsinin girəcəyində 166 saylı avtobus yüksək sürətlə hərəkət edərək "Kamaz" markalı yük avtomobilinə dəyib və sonradan divara çırpılıb. Zərbənin çox güclü olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürən-xilasedicilər və təcili yardım həkimləri cəlb olunub. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, qəza nəticəsində çoxlu sayda yaralı var. Hazırda ərazidə hüquq-mühafizə orqanları çalışır.

OXŞAR XƏBƏRLƏR