Bakıda ağır qəza nəticəsində xəsarət almış 20 yaşlı qız xəstəxanada vəfat edib.
Martın 3-də Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 5 ünvanın qarşısında 1990-cı il təvəllüdlü, Ağdam rayon sakini Nəzərov Anar Pənah oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 90-MX-045 nömrəli maşını yolun kənarında saxlamış WB97R markalı traktora çırpıb.
Nəticədə “VAZ 2107”də sərnişin qismində olan 1995-ci il təvəllüdlü Sergeyeva Marina İqorevna Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 20 yaşlı qız martın 7-də reanimasiyada vəfat edib.
Faktla bağlı araşdırmalar aparılır.
lent.az