Bakıda ağır yol qəzası: 1 nəfər öldü

Bakıda ağır yol qəzası: 1 nəfər öldü
Bütün Xəbərlər
14:36 20.09.2012
1075
Bakıda ağır yol qəzası olub.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda VAZ markalı minik avtomobili yol kənarında dayanmış “Belarus” markalı traktora çırpılıb.
Nəticədə, VAZ markalı avtomobil deformasiyaya uğrayıb, avtomobilin sürücüsü vəfat edib. Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə avtomobildən çıxarıblar.
OXŞAR XƏBƏRLƏR