AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakinləri Samir Bağırovun idarə etdiyi “BMW” və Allahverdi Müslümovun idarə etdiyi “Daevoo” markalı avtomaşınlar toqquşub. Nəticədə Allahverdi Müslümov ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.