Bakıda ağır yol qəzası: 5 nəfər yaralandı

Bakıda ağır yol qəzası: 5 nəfər yaralandı
Bütün Xəbərlər
10:35 24.12.2012
750
Bakıda aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə dekabrın 23-də “Buta Palace”ın qarşısında qeydə alınıb.“Azəryolservis” ASC-yə məxsus “UAZ” markalı avtomobil idarəetməni itirərək maneəyə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan 5 nəfər - 33 yaşlı Ramil Hüseynov, 47 yaşlı Nəcəf Yusifov, 24 yaşlı Fərrux İsmayılov, 23 yaşlı Vüsal Rzayev, 19 yaşlı Vüsal Hüseynov xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
OXŞAR XƏBƏRLƏR