Bakıda alış-verişə tələsən minik avtomobili ziyana düşdü
Yol dairəsində meyvə-tərəvəzlə dolu "VAZ" markalı minik avtomobili digər avtomobillə toqquşub. Nəticədə avtomobildə olan meyvə-tərəvəz ətrafa dağılıb.Trend həmin qəzanın video görüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.Qeyd edək ki, 2013-cü ilin 11 ayı ərzində Azərbaycanda 2646 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 1061 nəfər ölüb, 2761 nəfər yaralanıb. Hadisələrin 920-si paytaxt Bakıda baş verib. Bu zaman 310 nəfər ölüb, 911 nəfər xəsarət alıb.