Bakıda Almaniya vətəndaşı öldürüldü

Bakıda Almaniya vətəndaşı öldürüldü
Bütün Xəbərlər
10:00 03.05.2013
2479

Onun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb

Dünən Bakının Nərimanov rayonu ərazisində xarici vətəndaş qətlə yetirilib. Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Əhməd Rəcəbli küçəsi, 3 B ünvanında yaşayan 1992-ci il təvəllüdlü Adolf Şilderin biçaqla qətlə yetirilmiş meyiti tapılıb. Onun Almaniya vətəndaşı olduğu bildirilir. Şilderin anası azərbaycanlı, atası almandır. Onun nə üstündə və kim tərəfindən öldürüldüyü araşdırılır. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

OXŞAR XƏBƏRLƏR