Noyabrın 24-də Bakının Sabunçu rayonunda ürək sızladan intihar hadisəsi baş verib
Rayon Polis İdarəsindən verilən məlumata görə, Zabrat qəsəbəsi, Ruhulla Axundov küçəsindəki yeni tikilmiş evin həyətində 1994-cü il təvəllüdlü Gökçe Süleyman Ramazan oğluözünü asaraq intihar edib. S.Gökçenin asılı qalmış meyiti həyətdəki yardımçı tikilidə tapılıb.Lent.az-ın əldə etdiyi məlumata görə, 19 yaşlı S.Gökçenin atası türkiyəlidir. O, anası ilə birlikdə Zabrat qəsəbəsində yaşayırmış. S.Gökçe Bakıdakı reklam şirkətlərindən birində fəhlə işləyib. Dünən anası evə gəldikdə oğlunu otaqda tapa bilməyib. Qadın oğlunu evdə tapa bilmədikdə həyətə düşüb və yardımçı tikilidə oğlunun meyitini tapıb. Qadın tez kəndiri kəssə də, artıq gec olub.Faktla əlaqədar cinayət işi açılıb. 19 yaşlı oğlanın intihar səbəbləri araşdırılır.(milli.az)