Bakıda artıq bu avtobuslar işləməyəcək - SİYAHI

Bakıda artıq bu avtobuslar işləməyəcək - SİYAHI
Bütün Xəbərlər
15:06 04.12.2012
3940
Bakıda bir-birini təkrarlayan və əlavə nəqliyyat yükü yaradan bəzi marşrut xətləri bağlanılıb. 
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AZXEBER.COM-a verilən məlumata görə, bağlanan marşrut xətlərinin siyahısı artıq tam hazırlanıb və həmin xətlərdə fəaliyyət göstərən iş adamlarına xəbərdarlıq edilib. Bakıda bundan sonra işləməyəcək avtobus marşrutlarının siyahısı belədir: 4, 7, 19, 27, 34, 41, 58, 63, 68, 72, 74, 89, 112, 114, 117, 138, 178, 180, 182, 203, 206.
Qeyd edək ki, siyahıda şəhərin müxtəlif istiqamətlərində fəaliyyət göstərən avtobus xətlərinin nömrələri var. Ən çox ixtisar mikrorayonlara doğru hərəkət edən avtobus xətləri arasında edilib.
OXŞAR XƏBƏRLƏR