Bakıda ata oğlunun qeyri-rəsmi arvadını baltaladı

Bakıda ata oğlunun qeyri-rəsmi arvadını baltaladı
Bütün Xəbərlər
10:10 17.05.2013
1222

Paytaxtda cinayət hadisəsi baş verib.

AZXEBER.COM-un Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsindən verilən birgə məlumata istinadən xəbər verir ki, 2013-cü il mayın 15-də saat 12:00 radələrində Nəsimi rayonundakı “Ağdam” kafesində xadimə işləyən Könül Məmmədova qətlə yetirilib.Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və aparılan istintaq tədbirləri nəticəsində cinayətin Bərdə rayon sakini Adil Cəmilov tərəfindən törədildiyi üzə çıxıb.Məlumata görə A.Cəmilov oğlu Əlinin özündən yaşca böyük olan Könül Məmmədova ilə qeyri-rəsmi ər-arvad kimi yaşamasından narazı olub və ona oğlu ilə münasibətlərinə son qoyması barədə dəfələrlə xəbərdarlıq edib.Prokurorluqdan bildirilib ki, xəbərdarlığa baxmayaraq, qadının bu münasibəti davam etdirməsi, eyni zamanda, mobil telefonuna nalayiq sözlərdən ibarət mesajlar göndərməsi onu bu cinayəti törətməyə vadar edib.Könül Məmmədovannın işlədiyi kafeyə gələn A.Cəmilov özü ilə gətirdiyi balta ilə onu ağır xəsarətlər yetirərək qəsdən öldürüb. A.Cəmilov tutularaq istntaqa cəlb olunub və ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir” – deyə, birgə məlumatda qeyd olunur.

OXŞAR XƏBƏRLƏR