Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Albalı yaşayış massivində avtobus dayanacağından asılmış kişi meyit aşkarlanıb. aznews.az-ın əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında baş verib. Məlum olub ki, asılan şəxs Mərdəkan sakini, 1956-cı il təvəllüdlü Nazim Səfərovdur. Həmin şəxsin intihar etdiyi və ya başqaları tərəfindən asılması hələlik məlum deyil. Faktı Xəzər Rayon Prokurorluğu da təsdiq edib. Bildirilib ki, bu hadisə ilə bağlı səhər saat 8 radələrində məlumat daxil olub. Ancaq hadisənin təfərrüatları bəlli deyil. Qəsəbə sakinlərindən saytımıza verilən məlumata görə, həmin şəxsin intihar etməsi inandırıcı deyil.