Bu gün səhər saatlarında Zığ yolu hava limanı qovşağında avtobusun iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib. Xoşbəxtlikdən xəsarət alan olmasa da yol nəqliyyat nişanlarına ciddi ziyan dəyib. "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin bildirdiyinə görə, hal-hazırda yol nəqliyyat nişanlarına dəyən ziyan hesablanır.