Bakıda daha bir avtobus qəza törədib.
Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 91 nömrəli “OTOYOL” markalı xətt avtobusu Biləcəri dairəsinin yanında qəza törədərək kafeyə çırpılıb. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.