Bakıda avtobus qəzası : - Yaralılar var - FOTO

Bakıda avtobus qəzası : - Yaralılar var - FOTO
Bütün Xəbərlər
12:20 10.03.2014
1460
Bu gün saat 07: 30 radələrində Bakının Qaradağ rayonu ərazisində fəhlələri daşıyan 2 sərnişin avtobusu toqquşub. 
Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qəza magistral yolda baş verib.
Qəza nəticəsində bir neçə nəfər yaralanıb. Lakin hələlik yaralıların dəqiq sayı və kimliyi məlum deyil. Hələlik qəzaya uğrayan avtobusun içərisindəki hansı şirkətin fəhlələri olduğu da bilinmir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR