Bakıda avtobus qəzasında xəsarət alanların adları məlum oldu
Bütün Xəbərlər
15:18 18.04.2013
1151
Bakıda avtobus qəzasında yaralananların bəzilərinin adları məlum olub.Qəza nəticəsində xəsarət alan 35 yaşlı Ruslan Nəsirov Respublika Klinik xəstəxanasına, 22 yaşlı İbrahim Məhərrəmov və 53 yaşlı Böyükağa Orucov Klinik Tibbi Mərkəzə yerləşdirilib.Klinik Tibbi Mərkəzdən APA- ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alanların vəziyyəti ağırdır.Qeyd edək ki, bu gün Bakıda iki sərnişin avtobusu toqquşub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində qeydə alınıb. 88 və 147 saylı xətt avtobuslarının toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, vəziyyəti ağır olan 7 yaralı xəstəxanaya yerləşdirilib, üç nəfərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıb.