Bakıda avtobus qəzaya düşdü - FOTOLAR

Bakıda avtobus qəzaya düşdü - FOTOLAR
Bütün Xəbərlər
10:28 09.08.2014
2139
Bakıda srnişin avtobusu qəzaya uğrayıb.AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda “DAEWOO” markalı sərnişin avtobusu və “SHACMAN” markalı yük avtomobili toqquşub.Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğramış, “SHACMAN” markalı yük avtomobilinin sürücüsü xəsarət alıb. Sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 07:43-də başa çatıb.Şahidlərin məlumatına görə, qəza zəncirvari olub olub. Belə ki, qeyd edilən hadisə nəticəsində “Pajero”, “Hyundai İX35”, “Hyundai Sonata” və “Mercedes C180” markalı maşınlara da ziyan dəyib.
OXŞAR XƏBƏRLƏR