Bakıda avtobus 'Şəfa' stadionuna belə girdi - FOTOLAR

Bakıda avtobus
Bütün Xəbərlər
13:25 17.11.2012
3521
Bakıda sərnişin avtobus idarəetməni itirərək "Şəfa" stadionuna girib, bu barədə şənbə günü Trend-ə şahidlər məlumat veriblər.
Nizami rayon Polis İdarəsindən Trend-ə məlumatı təsdiqləyiblər və bildiriblər ki, hadisə nəticəsində xəsarət alanlar var. Lakin təfərrüatlar barədə məlumat verilməyib.
Məlumata görə, qəzanı törədən 11 saylı sərnişin avtobusu olub. İlkin ehtimala görə, yol qəzasına yüksək sürət səbəb olub. Avtobus "Şəfa" stadionuna girməzdən öncə stadionun yanındakı işıqforu qırıb və yaxınlıqdakı "Toyoto-Prado" markalı avtomobili əzib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildirilib ki, ilkin məlumata görə, qəza zamanı 6 nəfər xəsarət alıb.
Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, xəsarət alanlardan biri "Toyoto-Prado" markalı avtomobilin sürücüsü olub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları artıq xəsarət alanları xəstəxanalara yerləşdiriblər.
OXŞAR XƏBƏRLƏR