Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, avtobus sürücüləri tərəfindən törədilmiş yol qəzalarında 29 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.Qəzaların 16-sı fiziki şəxslərə, 35-i hüquqi şəxslərə məxsus avtobus sürücülərinin təqsiri səbəbindən baş verib. Bu il ərzində paytaxtda 1726 sərnişindaşıma qaydalarının pozulması faktı müəyyən olunub.