Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzasını törətmiş sürücü tutulub.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, fevralın 9-da saat 19 radələrində Xəzər rayonu ərazisində müəyyən edilməmiş avtomobillə Gürcüstan vətəndaşı Əfail Gülməmmədov vurulub. Piyada hadisə yerində ölüb.
DİN-in Təhlükəsiz Şəhər Xidməti və Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "Daewoo" markalı avtobusun sürücüsü, Bakı şəhər sakini Elşən Məmmədov tutulub.
Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.