Bakıda avtobus sürücüsü içkili halda olub? - AÇIQLAMA

Bakıda avtobus sürücüsü içkili halda olub? - AÇIQLAMA
SOSİAL
14:32 29.07.2024
1550
Xəbər verdiyimiz kimi, Bakıda sərnişin avtobusunun sürücüsünün xəttə içkili halda çıxdığı iddia edilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

İzləyici şikayətində qeyd edib ki, sözügedən hadisə 77 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində baş verib.

Şikayətdə bildirilib:
 
"Avtobusu kafelərdən birinin yanında saxlamışdılar, sürücüsü yox idi. 45 dəqiqədən sonra sürücü ilə dispetçer gəldi. Dispetçer o qədər içmişdi ki, ayaq üstdə dayana bilmirdi. Sürücünün isə ayıq-olub olmamasından xəbərim yox idi. Sərnişinlər etirazını bildirəndə dispetçer onlarla dava etməyə başladı. Hətta dispetçer etiraz edənlərin birinin dayanacaqda düşməyini gözləyib, onunla bir yerdə düşdü. İstədi ki sərnişinlə əlbəyaxa dava etsin, imkan vermədilər.  Bu zaman sürücü də avtobusdan düşüb, həmin o etiraz edən sərnişinlə mübahisə etməyə başlayıb".
 
Məsələylə bağlı "Xalid Faiqoğlu" sərnişin daşıma şirkətinin mətbuat katibi Nizam Rzayevlə əlaqə saxladıq.
 
O, saytımıza açıqlamasında bildirib ki, həmin marşrut xətti üzrə qrafikdə gecikmə müşahidə olunub:
 
"Hadisə tərəfimizdən araşdırılıb və məlum olub ki, həmin vaxt 77 saylı xətt üzrə avtobusların qrafikində gecikmə müşahidə edilib. Bu zaman dayanacağa avtobus yaxınlaşarkən sərxoş halda olan sərnişinlərdən biri dispetçeri təhqir edərək nəqliyyat vasitəsinə daxil olub. Dispetçer də onu söyən şəxsi avtobusdan endirməyə çalışıb. Sürücünün isə baş vermis insidentə hər hansı aidiyyatı olmayıb”.
 
Həmin videonu təqdim edirik:
 
Mikayıl Mirzəzadə
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi – FOTO
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi – FOTO
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Yeni tədris ilinin başlanması ilə əlaqədar Bakıda 20 yolda “yaşıl dalğa” rejimi tətbiq edilib - SİYAHI
10:31 15.09.2025
Yeni tədris ilinin başlanması ilə əlaqədar Bakıda 20 yolda “yaşıl dalğa” rejimi tətbiq edilib - SİYAHI
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
09:16 15.09.2025
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
Sabirabad sakini həmkəndlisini qətlə yetirib
09:04 15.09.2025
Sabirabad sakini həmkəndlisini qətlə yetirib
Xəzər dənizində zəlzələ oldu
08:45 15.09.2025
Xəzər dənizində zəlzələ oldu
İlk dərs günündə Bakı yollarında VƏZİYYƏT AÇIQLANDI
08:41 15.09.2025
İlk dərs günündə Bakı yollarında VƏZİYYƏT AÇIQLANDI