Bakıda avtobusda cavan qıza təcavüz edən kişini ölümcül döydülər

Bakıda avtobusda cavan qıza təcavüz edən kişini ölümcül döydülər
Bütün Xəbərlər
15:31 15.02.2013
22427

Bakıda sərnişin avtobusunda əxlaqsızlıq edən sərnişin ölümcül döyülüb.

Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, hadisə dünən saat 22 radələrində, Binəqədi rayonu ərazisində, 133 saylı avtobusda baş verib. Təxminən 40 yaşlı kişi cavan xanım sərnişinə qarşı tərbiyəsizlik edib. Bu həmin xanımın kişiyə “Utanmırsan yaşından, qızın yaşındayam. Özünü idarə edə bilmirsən. Ayaqlarını yığışdır” deyərək ona qışqırması nəticəsində aydın olub. Bu zaman avtobusda olan bir neçə oğlan avtobusu saxlatdıraraq həmin kişini yerə düşürüb və orada möhkəm döyüblər. Təxminən 4 nəfər gənc tərəfindən təpiklənən kişi yerində uzanıb qalıb. Sonra oğlanlar avtobusa minərək yollarına davam ediblər. Onu da əlavə edək ki, hadisə yerində polis əməkdaşları olmayıb.

OXŞAR XƏBƏRLƏR