Bakıda avtobusda polisin cibindən oğurluq edən şəxs tutuldu
Bütün Xəbərlər
11:40 06.03.2012
1188
Avtobusda polisin cibindən oğurluq edən şəxs saxlanılıb.Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, martın 5-də 65 saylı xətt avtobusunda Sumqayıt şəhər sakini Ələkbər Kazımov 27-ci polis bölməsinin əməkdaşı polis kiçik serjantı Anar Babayevin cibindən 50 manat oğurlayərkən polis əməkdaşı tərəfindən yaxalanıb.