Bakının Səbail rayonunda sərnişin avtobusunun törətdiyi yol qəzasında 2 nəfər ölüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, “Toyota” markalı minik avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusu toqquşub.Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olub ki, 2 nəfər qəzada ölüb.“Toyota” markalı minik avtomobilində olan 2 nəfərin cəsədi xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılıb.Faktla bağlı araşdırma aparılır.