Bakıda avtobusların xarici görünüşü dəyişdi – FOTO

Bakıda avtobusların xarici görünüşü dəyişdi – FOTO
Bütün Xəbərlər
10:50 19.05.2015
1368

Avropa Oyunlarına hazırlıq davam edir.

Bakıda sərnişin avtobuslarının üstünə vurulan reklam və məlumatlandırıcı şəkillər sökülərək, yeniləri – Bakı-2015 I Avropa Oyunlarına həsr olunmuş təbliğat şəkilləri və loqoları ilə əvəzlənib.

Bu barədə Oxu.Az-a “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-dən bildiriblər.

Məlumata görə, avtobusların xarici görünüşü ilə bərabər onların daxili görünüşü də qaydasına salınıb, çirkli avtobuslar xətdən kənarlaşdırılıb.

Yenilənmiş Bakı avtobuslarının görüntülərini təqdim edirik.

OXŞAR XƏBƏRLƏR