Avropa Oyunlarına hazırlıq davam edir.
Bakıda sərnişin avtobuslarının üstünə vurulan reklam və məlumatlandırıcı şəkillər sökülərək, yeniləri – Bakı-2015 I Avropa Oyunlarına həsr olunmuş təbliğat şəkilləri və loqoları ilə əvəzlənib.
Bu barədə Oxu.Az-a “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-dən bildiriblər.
Məlumata görə, avtobusların xarici görünüşü ilə bərabər onların daxili görünüşü də qaydasına salınıb, çirkli avtobuslar xətdən kənarlaşdırılıb.
Yenilənmiş Bakı avtobuslarının görüntülərini təqdim edirik.