Bakıda avtomobil təmiri sexində güclü yanğın olub

Bakıda avtomobil təmiri sexində güclü yanğın olub
Bütün Xəbərlər
14:15 18.11.2013
926
Bakıda avtomobil təmiri sexində güclü yanğın olub. 
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kvadratmetr olan 6 boksdan ibarət avtomobil təmiri sexində qeydə alınıb. Sahəsi 25 kv.m olan 1 boksunun lambirdən ibarət konstruksiyaları, avtomobil ehtiyat hissələri və boksda təmirə dayanmış “Land Cruiser” markalı avtomobilin yük və salon hissəsi yanıb. Yanğın zamanı sexdə usta köməkçisi işləyən yanıq xəsarətləri alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb.
Avtomobilin qalan hissəsi və digər bokslar yanğından mühafizə olunub. Yanğın saat 11:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR