Bakıda avtoxuliqanların əksəriyyəti tələbələr imiş -VİDEO

Bakıda avtoxuliqanların əksəriyyəti tələbələr imiş -VİDEO
Bütün Xəbərlər
22:50 19.12.2011
2107

Bakıda bu ilin 11 ayında 302 avtoxuliqan saxlanılıb. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, saxlanılan avtoxuliqanlardan 51-i bu pozuntuya təkrarən yol verdiyi üçün inzibati məsuliyyətə cəlb olunub

Onun sözlərinə görə, saxlanılan avtoxuliqanların əksəriyyəti 20-30 yaşlarında olan tələbə gənclərdir.

İdarə sözçüsü deyib ki, həmin tələbələr barəsində ölçü götürülməsi üçün onların təhsil aldqları təhsil müəssisələrinin rəhbərləri qarşısında vəsatət qaldırılıb.

Bu ilin 11 ayında Bakıda "avtoş"ların iştirakı ilə 39 yol nəqliyyat hadisəsi qeydə alınıb.

Həmin qəzalarda 21 nəfər həlak olub, 27 nəfər xəsarət alıb.

Əsədov bildirib ki, avtoxuliqanlar daha çox Bakının "5 mərtəbə dairəsi" adlanan ərazisində, Zərifə Əliyeva, Hüseyn Cavid parklarının qarşısında, Babək və Nobel prospektlərində və Binəqədi şosesində cəmləşirlər.

Onun sözlərinə görə, avtoxuliqanlar həmin ərazilərdəki video görüntülər və ərazidə xidmət edən yol patrul xidməti əməkdaşları tərəfindən müəyyən edilir.

"Bəzən avtoxuliqanlar avtomobilin dövlət nömrə nişanını çıxarmaqla məsuliyyətdən yayınmaq istəyirlər. Lakin video görüntülər vasitəsilə onların kimliyi müəyyən edilir və onlar saxlanılırlar", - Əsədov deyib.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, avtoxuliqanlıq inzibati xəta hesab olunur və bu xətaya görə avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla, 400 manatdan 600 manatadək miqdarda cərimə edilir. Yaxud həmin şəxsə nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla, on günədək inzibati həbs tətbiq olunur.

Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla, 600 manatdan 800 manatadək miqdarda cərimə edilir. Yaxud da nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla, on beş günədək inzibati həbs tətbiq olunur.

Bəzi ekspertlər avtoxuliqanlığın cinayət əməli hesab olunması barədə təkliflər verib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub