Bakıda avtoyuma məntəqəsinin işçisi maşın qaçırtdı

Bakıda avtoyuma məntəqəsinin işçisi maşın qaçırtdı
Bütün Xəbərlər
11:35 12.04.2013
1584

Bakıda avtoyuma məntəqəsindən maşın qaçırılıb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Çernyayevski küçəsində yerləşən avtoyuma məntəqəsindən Elçin Hacıyevə məxsus «Honda-Accord» markalı avtomaşın qaçırılıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, qeyd olunan avtoyuma məntəqəsinin işçisi Taleh Məmmədov aprelin 11-də avtomaşınla birlikdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

OXŞAR XƏBƏRLƏR