Bakıda Azərbaycan hakimiyyətinə qarşı vərəqələr yayılır - FOTO

Bakıda Azərbaycan hakimiyyətinə qarşı vərəqələr yayılır -  FOTO
Bütün Xəbərlər
14:25 12.07.2013
2898

Vərəqələrdə “Hakimiyyətin mənbəyi sənsən”, “Hakimiyyətdən qorxma” yazılıb.

Azərbaycanda üzərində hakimiyyət əleyhinə çağırışlar olan vərəqələr yayılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, həmin vərəqələrə Abşeron rayonunun Xırdalan şəhərində daha çox rast gəlinir.Üzərinə hakimiyyət əleyhinə şüarlar yazılmış vərəqələr yaşayış binalarında mənzillərin qapısına yapışdırılır.Vərəqələrdə “Hakimiyyətin mənbəyi sənsən”, Hakimiyyətdən qorxma”, “Hakimiyyətə etiraz et” və “Hakimiyyəti dəyiş” şüarları yazılıb.Abşeron Rayon Polis Şöbəsindən APA-ya onlarda bu barədə məlumat olmadığı bildirilib.

OXŞAR XƏBƏRLƏR