Bakıda “Azərbaycan və İraq Türkmən Gənclərinin Forumu”nun açılış mərasimi oldu

GƏNCLİK
15:21 10.09.2024
1624
Sentyabrın 9-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və Gənclərin Həmrəyliyi İctimai Birliyinin təşkilatçılığı ilə "Azərbaycan və İraq Türkmən Gənclərinin Forumu” başlayıb.

Gənclərin Həmrəyliyi İctimai Birliyindən AZXEBER.COM-a bildirilib ki, proqram çərçivəsində əvvəlcə açılış mərasimi keçirilib, Gənclərin Həmrəyliyi İctimai Birliyinin icraçı direktoru Ramilə El-oğlu tədbirin məqsədi, hədəfləri və gündəliyi ilə bağlı məlumat verib.

Daha sonra Gənclər və İdman Nazirliyinin Gənclərlə iş üzrə sektor müdiri Elşən Hüseynov, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin Baş direktorunun müavini Ramin Həbibzadə, türk ölkələri gənclər məsələləri üzrə ekspert Əkbər Qoşalı, Türk dünyası məsələləri üzrə ekspert, jurnalist, filoloq İlqar İlkin və layihənin iştirakçılardan olan Mehdi Saadoon Jaafar çıxış ediblər, Azərbaycan və İraq Türkmən gənclərinin ictimai iştirakçılığı, onların əlaqələrinin gücləndirilməsi, gənclərlə iş sahəsində mövcud biliklərin ötürülməsi ilə bağlı öz fikir və təcrübələrini bölüşüblər.

Forum "Türk dünyasında gənclərlə iş, gənclərin yerli və beynəlxalq iştirakçılığının təşviqi üçün atılan addımlar” mövzusunda panel müzakirəsi ilə davam edib. Spiker qismində Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar, "Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin sədri Elməddin Behbud, Dünya Türkologiya Mərkəzinin sədri, professor Güllü Yoloğlu və layihə iştirakçılardan Ali Hussein Ali Al-Bayati və Nebil Şahin iştirak ediblər. Panel müzakirəsi mövzu ətrafında fikir mübadiləsi və iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan və İraq arasında genişlənən ikitərəfli əlaqələr çərçivəsində gənclərlə iş sahəsində təcrübə mübadiləsi və şəbəkələşməni davamlı təşviq etmək, iki ölkə arasında türk xalqlarının qarşılıqlı əlaqələrinin gücləndirmək və gənclərin inkişafına töhfə verməkdən ibarətdir. Layihə çərçivəsində 14 İraq türkməni olan gəncdən ibarət nümayəndə heyətinin ölkəmizə 4 günlük səfəri, bu səfər çərçivəsində azərbaycanlı gənclərin də iştirakı ilə forumun keçirilməsi, gənclər üçün yaradılmış imkanlar və gənclər siyasətinə uyğun olaraq həyata keçirilən fəaliyyətlərlə bağlı tanışlıqlar nəzərdə tutulur. Sentyabrın 12-nə qədər davam edəcək layihədə müvafiq istiqamətdə qurumlar, gənclər təşkilatları ilə görüş və təlimlər təşkil ediləcək.



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR