Bakıda azyaşlı mənzildə köməksiz vəziyyətdə qaldı: FHN əməliyyat keçirdi

Bakıda azyaşlı mənzildə köməksiz vəziyyətdə qaldı: FHN əməliyyat keçirdi
SOSİAL
10:49 28.06.2026
251
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
OXŞAR XƏBƏRLƏR