AZXEBER.COM xəbər verir ki, şikayətçinin sözlərinə görə, təxminən 100 uşağın təhsil aldığı müəssisədə hər uşaq üçün aylıq 25 manat tələb edilir.
İddialara əsasən, hətta bağça müdirinin ad günü münasibətilə də valideynlərdən əlavə vəsait istənilib.
"Uşağımı bir yaş səkkiz aylığından həmin bağçaya qoymuşam. Bu bağça ilə bağlı heç bir narazılığım yoxdur. Yeni rəhbərlik gələndən sonra bağça tamamilə dəyişib. İndiyədək heç kimdən məcburi şəkildə pul yığıldığının şahidi olmamışam”, – deyə digər valideyn qeyd edib.











































