Bakıda balkondan düşən 1 yaşlı körpəni zibil qabı xilas etdi - FOTO
Bütün Xəbərlər
15:52 20.09.2013
4198
Uşağı nə qədər sevsək də, ona diqqəti və sayıqlığımız ondan az olmamalıdır. Ani diqqətsilik ömrümüzün sonuna qadər təəsüf və peşmançılıq, vicdan əzabına qərq edə bilər. Bakıda bir neçə gün əvvəl baş vermiş hadisə də ani diqqətsizliyin fəsadıdır.Sentyabrın 15-də Yasamal rayonu ərazisində yerləşən yaşayış binasından yaş yarımlıq uşaq yerə düşüb. Başından ağır xəsarət alan Əbdülrəhman Vəliyev 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb. Başından əməliyyat olunan körpə hazırda reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.Ə.Vəliyevin anası hadisənin necə baş verməsini danışdı: “Başım bir neçə saniyə qarışdı. Əbdülrəhman pəncərəyə çıxıb və oradan yerə düşüb. Uşağı evdə görməyib axtardım, həyətdə bizim pəncərənin altındaklı zibil qabında tapdım. Zibil qabı övladımın xilaskarı olub”.