Bakıda “bandotdelin” sabiq rəhbəri saxlanıldı

Bakıda “bandotdelin” sabiq rəhbəri saxlanıldı
Bütün Xəbərlər
11:24 02.04.2015
1796

O, 1995-ci ildən axtarışdadır.

Bakının Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçmişdə kinorejissor və aktyor kimi məşhur olanNizami Musayevsaxlanılıb.AZXEBER.COM Vesti.Az-a istinadən xəbər verir ki, Nizami Musayev 1992-ci ildə Xalq Cəbhəsi nəzdində Azərbaycan DİN-də fəaliyyət göstərən Banditizm və Terrorizm ilə mübarizə idarəsinin rəhbəri olub.

O, 1995-ci ildən axtarışda idi. N.Musayevə 2000-ci ilin sentyabr ayına qədər qüvvədə olan AR CM-nin iki maddəsi 88-1 (böyük məbləğdə dövlət və ictimai malın mənimsənilməsi) və 168 (səlahiyyətlərindən sui-istifadə) üzrə ittiham irəli sürülüb.

DİN-in mətbuat xidmətindən Vesti.Az-ın müxbirinə N.Musayevin saxlanılması barədə informasiyanı təsdiqləyiblər.

Qeyd edək ki, Nizami Musayev aktyor, rejissor və ssenari müəllifi, oyunların quruluşçusudur (özü idmançı olduğu üçün bir çox nömrələri elə özü yerinə yetirirdi). 1981-ci ildən filmlərdə çəkilir.

Musayevin çəkdiyi ən məşhur film “Lətifə” filmidir. Rejissor, aktyor və ya ssenari müəllifi kimi “Alman klinikasına səfər”, “Araqatan”, “Bəyin oğurlanması”, “Alçaq”, “Hava məbədi”, “Cin mikrorayonda”, “Dənizdən işarə gözləyin” filmlərinə cəlb olunub.

OXŞAR XƏBƏRLƏR