FHN məlumat yaydı.
13:25
“PAŞA Bank” bankın binasında baş vermiş yanğın haqqında məlumat yayıb.
AZXEBER,COM xəbər verir ki, bankdan “APA-Economics”ə daxil olan məlumatda bildirilir ki, “PAŞA Bank”ın Yusif Məmmədəliyev, 15 ünvanında yerləşən binasının texniki zonasında yanğın baş verib.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını uğurla lokallaşdırıb.
“PAŞA Bank”ın Təhlükəsizlik Xidmətinin Direktoru Fuad Paşayev qeyd edib ki, hazırda yanğına səbəb olan bütün detallar araşdırılır.
“Yanğın bankın binasının texniki zonasına və qismən server otağının bir hissəsinə təsir edib. Yanğın bankın əməliyyatlarının normal rejimdə həyata keçirilməsinə hər hansı təsir göstərməyib”, - deyə F. Paşayev bildirib.
13:10
Bakı şəhəri Səbail rayonunda ümumi sahəsi 2530 kv.m olan “Paşa Bank” ASC-nin ikimərtəbəli inzibati ofis binasının 1-ci mərtəbəsində 3 otağın tavanı 40 kv.m sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 6 kv.m olan server otağının tavanı və giriş-çıxış kabelləri 10 p.m yanıb.
AZXEBER,COM-un FHN-in saytına istinadən verdiyi məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.