Bakıda barda oğlan üstündə 'razborka' düşdü - QIZ QIZI BIÇAQLADI

Bakıda barda oğlan üstündə
Bütün Xəbərlər
12:36 29.09.2012
4906
Sentyabrın 29-na keçən gecə Bakı şəhərinin Səbail rayonu ərazisində qanlı hadisə baş verib. Rayon polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Zərgər Palan küçəsi 7 ünvanında yerləşən gecə klubunda qızlar arasında dava düşüb. Bu zaman 1992-ci il təvəllüdlü Babayeva İsmət Fəxrəddin qızı tanışı 1975-ci ildə anadan olmuş Balayeva Şəhsənəm Qadir qızını bıçaqlayıb. Qarın nahiyəsinin sol hissəsindən ağır xəsarətlər alan Ş.Balayeva Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətinin kritik olduğunu bildiriblər.Hadisə gecə saat 23 radələrində baş verib. İlkin məlumata görə, qadınlar bir oğlana görə mübahisə ediblər və daha sonra dava düşüb.Hazırda fakt üzrə araşdırmalar davam etdirilir. Ş.Baıayevanı dindirmək hələ ki, mümkün olmayıb.
OXŞAR XƏBƏRLƏR