Bakının mərkəzində yerləşən barda törədilən qanlı hadisənin təfərrüatları məlum olub. Nəsimi rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən Rəşad Quliyev peşəkar idmançıdır. O, 3 dostu ilə birlikdə Rəsul Rza küçəsi, 18 ünvanında yerləşən bara gəlib. Barın girişində mühafizəçi, 22 yaşlı Pərvin Hüseynov onları içəri buraxmayıb. Bu zaman Rəşad Quliyev cibindəki bıçaqla ona 20 bıçaq zərbəsi vurub. P.Hüseynovun vəziyyəti ağırdır.Faktla bağlı Cinayət məcəlləsinin qəsdən adam öldürməyə cəhd (29,120.1-ci) maddəsi ilə cinayət işi başlanıb və cinayət işi Nəsimi rayon Prokurorluğuna göndərilib.