Ötən gün Bakının Nərimanov rayonunda qanlı hadisə baş verib.AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ə.Əlizadə küçəsində Fəxrəddin Şirinov Vəli Əmiraslanov ilə münaqişə edib.Münaqişə sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə Fəxrəddin Şirinov cibindəki bıçaqla Vəli Əmiraslanovun boğazını kəsmək istəyib. O, bıçaqla Vəli Əmiraslanovun boyun nahiyəsindən xəsarət yetirib. Sonra isə F.Şirinov hadisə yerindən qaçıb.