Bakıda baş verən qəzada avtomobil iki yerə bölündü - VİDEO

Bakıda baş verən qəzada avtomobil iki yerə bölündü - VİDEO
Bütün Xəbərlər
18:25 30.06.2012
2610
Bakının Sabunçu rayonunda ağır yol qəzası başverib. Zabrat-Maştağa şossesində iki minik avtomobili toqquşub. Avtomobillərdən biri bir neçə hissəyə bölünüb və maşının ön hissəsi yerindən qoparaq irəliyə doğru gəlib.Toqquşma nəticəsində digər maşına da ciddi ziyan dəyib, avtomobil yararsız hala düşüb. Qəzadan sonra hadisə yerinə dərhal polis əməkdaşları gəlib və hadisəsinin hansı səbəbdən baş verdiyini araşdırmağa başlayıblar.Onların gəldiyi ilkin qənaət belə olub ki, qəza sürücülərdən birinin idarəetmənin itirməsi nəticəsində baş verib. Hadisə nəticəsində xoşbəxtlikdən ölən olmayıb, hər iki avtomobilin sürücüsü yaralanıb və xəstəxanaya yerləşdiriliblər.
OXŞAR XƏBƏRLƏR