Bakıda baş vermiş qəzada tərəflər hadisə yerindən qaçdı

Bakıda baş vermiş qəzada tərəflər hadisə yerindən qaçdı
Bütün Xəbərlər
09:02 27.11.2012
650
Bakı-Qazax yolunun 5-ci kilometriliyində, Şıx çimərliyi yaxınlığında “Jiquli” ilə yük avtomobilinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, iri tonnajlı naməlum yük avtomobili “VAZ 2107” markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində “Jiquli” bir neçə dəfə aşıb və ancaq dirəyə dəyərək dayana bilib.Qəribədir ki, qəzadan sonra həm yük maşını, həm də “Jiquli”nin Əfqan adlı sürücüsü hadisə yerindən yayınıb. Bakı sakini olan 26 yaşlı sərnişin Rəsulov Emin Faiq oğlu isə minik avtomobilində sıxılaraq qalıb. Rəsulovu sıxıldığı yerdən əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları çıxararaq xəstəxanaya çatdırıblar.
OXŞAR XƏBƏRLƏR