Bakıda 'başı kəsilən' oğlan dəm qazından boğulubmuş

Bakıda
Bütün Xəbərlər
11:10 10.04.2012
1583
Aprelin 8-də Bakı şəhərinin Xətai rayonu ərazisində üzərində zorakılıq əlamətləri olan oğlanın qətlə yetirilmədiyi məlum olub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, General Şıxlinski küçəsi ev 47, mənzil 55-də kirayədə yaşayan 1986-cı il təvəllüdlü Sultanov Elmir Sultan oğlunun meyiti həmin mənzildə tapılıb. Mərhumun boğaz nahiyəsində qançır və sıyrıqlar olub. Araşdırmalar nəticəsində məlum olub ki, 26 yaşlı E.Sultanov dəm qazından zəhərlənib və nəfəs almaqda çətinlik çəkdiyi üçün əli ilə boğazına xəsarət yetirib. Özünə kömək edə bilməyən gənc hadisə yerində keçinib.
OXŞAR XƏBƏRLƏR