Bakıda belə dəhşətli qəza olmamışdı – 18+ VİDEO

Bakıda belə dəhşətli qəza olmamışdı – 18+ VİDEO
Bütün Xəbərlər
16:31 29.08.2014
10823
Avtobusun səhvi ucbatından «Chaqman» 6 avtomobili əzik-əzik etdi

Avtosfer.az saytı Bakıda baş vermiş dəşşətli yol qəzasının videosunu təqdim edir. Bu hadisə avqustun 9-da Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində baş verib. AMAY ticarət mərkəzi istiqamətində “Shacman” markalı, 90 BU 828 dövlət nömrə nişanlı yük maşını 30 nömrəli marşrutda işləyən 10-TG-336 nömrə nişanlı avtobusa arxadan çırpılıb.

Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə çəkilən görüntülərdən aydın olur ki, bu qəzada əsas səbəbkar avtobus sürücüsüdür. Çünki o, yolun sağ zolağında bir cərgədə maşınların dayandığını gördüyü halda sərnişinin «burada saxla» əmri ilə dərhal tormozu basıb dayanır. Bu zaman arxadan yüksək sürətlə hərəkət edən «Chaqman» markalı yük maşını sürəti azalda bilmir və toqquşma baş verir. «Chaqman»ın sürücüsü maşını sola qaçırtmaq əvəzinə sağa çəkib yol kənarında dayanan 5 minik avtomobilini əzir və ardınca və avtobusa çırpılır. Bu anda avtobusdan düşməyə hazırlaşan sərnişin yolun ortasına düşsə də, qaçıb canınını qurtara bilir. Ümumiyyətlə, bu qəzada ən böyük günah avtobus sürücüsündədir. Yük maşınının sürücüsünü də cəzalandırmaq lazımdır. Birincisi, günün günorta çağı yük maşını şəhərin ortasında nə gəzir? İkincisi də, yük maşını hara, bu qədər yüksək sürət hara?

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bu kadrlarla bağlı Avtosfer.az-a fikirlərini açıqlayıb: «Bu dəhşətli kadrlardan aydın şəkildə görünür ki, ilk olaraq avtobus sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozur. O, nəinki dayanacaq olmayan yerdə, hətta iknci cərgədə dayanır, baxmayaraq ki, cəmi 15-20 metr qabaqda birinci cərgədə də dayanmaq olardı. Özü də bu “ağıllı” sürücü qəza dayanma siqnalını qoşmağı unutmasa da, dayanarkən arxaya baxmağı özünə rəva görmür. Əgər o, belə hoqqabazlıq edərkən güzgülər vasitəsilə arxaya baxsaydı, yəqin ki, üstünə şığamaqda olan yük avtomobilini görüb, dayanmazdı.

Amma yük avtomobilinin sürücüsü də öz “intizamlılığı” ilə geri qalmır. Bu “mahir” pilot öz “Chaqman”ıni “Formula-1” yarışlarındakı avtomobil sayır. Ara məsafəsini gözləmədən şütüyür, özü də avtobus dayanarkən boş olan qarşı hərəkət zolağına yox, maşınların sıra ilə dayandığı sağ tərəfə yerdəyişmə edir. Maşınında əyləc olduğunu isə deyəsən toqquşma anında yadına sala bilir. Nəticə göz qabağandıdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ İranın bağlamaq istədiyi Hörmüz boğazıyla bağlı Çinə çağırış edib
18:48 22.06.2025
ABŞ İranın bağlamaq istədiyi Hörmüz boğazıyla bağlı Çinə çağırış edib
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
18:36 22.06.2025
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
18:23 22.06.2025
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
18:08 22.06.2025
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
17:48 22.06.2025
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
17:33 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
17:18 22.06.2025
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
16:46 22.06.2025
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
16:35 22.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
16:26 22.06.2025
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
16:07 22.06.2025
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
15:48 22.06.2025
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
15:24 22.06.2025
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
15:10 22.06.2025
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
İrandan İsrailə 35 raket atılıb, yaralananlar var
14:48 22.06.2025
İrandan İsrailə 35 raket atılıb, yaralananlar var
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
14:37 22.06.2025
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər