Adət-ənənələrimizə görə, toy zalına "Vağzalı" sədaları ilə girməli olan bəy və gəlin bu dəfə telefonlarda səslənən mahnı və onların işığı altında addımlamalı olublar.
Ötən gün "Bəyoğlu" restoranında qonaqlar toyu qaranlıqla keçiriblər. Saat altıdan toya yığışan qonaqlar arzuolunmaz hadisə ilə üzləşiblər.
Belə ki, toy adamları ilk olaraq işığın bir neçə dəqiqəlik söndüyünə ümid ediblər, ancaq vaxt keçdikcə onun yanmadığını görüblər və an gəlib çatıb bəylə gəlinin zala girməyinə.
Acınacaqlı vəziyyətə düşən toy və restoran sahibləri işıqların yanmadığını gördükdə bəy-gəlini telefonların işıqları altında qarşılamalı olublar. Hətta avadanlıqlar işləmədiyindən yeni evlənənləri telefondakı mahnılarla onlar üçün ayrılmış masaya göndəriblər.
Bir saat sonra isə restoranda işıqlar yanıb.//milli.az