Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Bakıda 3-8 iyul tarixlərində Beynəlxalq Gənc Siyasətçilər Məktəbi təşkil edəcək.
AZXEBER.COM xəbər verir ki, layihə Gənclər Fondunun dəstəyi ilə Fransa, Almaniya, Bolqarıstan, Ukrayna, Polşa, İtaliya, Türkiyə, Bosniya və Herseqovina, Moldova ölkələrinin gənc fəallarının iştirakı ilə baş tutub.Əsas məqsəd Avropa və Azərbaycanın gənc siyasətçiləri arasında dostluq əsasında əməkdaşlığın yaradılması, ölkənin uğurlu dövlət siyasəti barədə ətraflı məlumat verib, qarşılıqlı təcrübə mübadiləsi həyata keçirtməkdir. Həmçinin, gəncləri Azərbaycan həqiqətləri barədə məlumatlandırmaq və fikir mübadiləsi aparmaqdır.Əsasən Azərbaycanın Avropaya inteqrasiyası, demokratik quruculuqda Avropa təcrübəsi, siyasi elmin əsasları və s. olacaq. Bütün mövzular çərçivəsində panellər təşkil ediləcək.Eyni zamanda aidiyyatı dövlət qurumları ilə görüş keçiriləcək. Məktəb iştirakçıları siyasi bilik təcrübəsindən başqa, Azərbaycanın reallıqları və dövlətimizin demokratik quruculuqda nailiyyətləri barədə hərtərəfli məlumat alacaqlar. Sonda isə Gənc Siyasətçilər Şəbəkəsinin yaradılması nəzərdə tutulur.