Bakıda “bibi” ləqəbli narkotacir saxlanılıb

KRİMİNAL
14:55 29.08.2018
10424
Nəsimi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.

AZXEBER.COM DİN-ə istinadən xəbər verir ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş İmran İsgəndərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman iki büküm heroin və psixotrop maddə olan "midraks-tropikamin” aşkar olunaraq götürülüb. Saxlanılan şəxs heroini Nəsimi rayon "Kubinka” adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan "bibi” ləqəbli şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları tərəfindən İ.İsgəndərova narkotik vasitələri satmaqda şübhəli bilinən Nəsimi rayon sakini Sənubər Lütfəliyeva də saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 14,275 qram olan 43 büküm heroin aşkar edilərək götürülüb. S.Lütfəliyeva ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026

"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər

Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026