Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov rayonu Çaykovski küçəsi 4 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasındakı mənzillərdən birində baş verən yanğının qonşu mənzillərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.
16:55Bakıda yaşayış binasında yanğın baş verib.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun verdiyi məlumata görə, hadisə Nərimanov rayonu Çaykovski küçəsi 4 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki mənzillərdən birində olub. Yanğın artıq söndürülüb.Yanğının baş vermə səbəbi dəqiq bilinməsə də, elektrik naqillərindəki qısa qapanmanın yanğına səbəb ola biləcəyi ehtimal olunur. Xəsarət alanlar ahqqında məlumat yoxdur.Yanğının qarşısının alınması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını cəlb edilib.