Bakıda binalara çəkilən yeni üzlüklər də keyfiyyətsiz çıxdı - FOTOLAR

Bakıda binalara çəkilən yeni üzlüklər də keyfiyyətsiz çıxdı -  FOTOLAR
Bütün Xəbərlər
11:18 11.01.2016
1472

Ötən il Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş verən və 16 nəfərin ölümü, 60-dan çox insanın yaralanması ilə nəticələnən dəhşətli yanğından sonra “penoplas” dan üzlük çəkilmiş binaların hamısı yeni üzlüklərlə üzlənmişdi.

AZXEBER.COM-un redaksiyasına göndərilən müraciətdə yeni çəkilən üzlüklərin də insan həyatı üçün növbəti təhlükə mənbəyi olması ilə bağlı maraqlı məlumat daxil olub. Daxil olan müraciətdə Yasamal rayonu Həsənbəy Zardabi 68 ünvanında yerləşən bina sakinlərinin ölümlə üz-üzə qaldıqları deyilir.

Belə ki, bu üzlüklərin özlərinin şüşə pəncərələri mövcuddur. Keyfiyyətsiz reyslərin üzərinə otuzdurulan bu pəncərələrin şüşələri küləkli havalarda sınaraq yerə tökülür:

“Dəfələrlə FHN-ə, ərazi üzrə MKİS-ə müraciət etsək də heç kəs bizim problemimizlə maraqlanmayıb. Demək olar ki, yuxarı mərtəbələrdəki pəncərələrin 50%-ə yaxını yerə tökülüb. Çünki bu pəncərələr keyfiyyətsiz relslərin üzərinə otuzdurulub və külək əsən kimi yerə tökülürlər”.

OXŞAR XƏBƏRLƏR