Bakıda bir ailənin 3 üzvü şirkət mühafizəçiləri tərəfindən döyüldü

Bakıda bir ailənin 3 üzvü şirkət mühafizəçiləri tərəfindən döyüldü
Bütün Xəbərlər
18:05 11.01.2013
1253
Bakıda bir ailənin 3 üzvü mühafizəçilər tərəfindən döyülüb.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Balaxanı qəsəbəsi ikinci Mədən küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan 1959-cu il təvəllüdlü İlyas Məmmədov, oğlu 1997-ci il təvəllüdlü Etibar Məmmədov və 1945-ci il təvəllüdlü Abasəli Məmmədov “Balaxanıneft” Əməliyyat Şirkətinin mühafizəçiləri tərəfindən döyülüblər. Polisdən həmçinin bildiriblər ki, şirkətin mühafizəçiləri İ. Məmmədova məxsus evi qanunsuz olduğu üçün sökmək istəyiblər və nəticədə insident yaranıb.

Xəsarət alanlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Məsələ ilə bağlı ilə bağlı qarşı tərəfini mövqeyin öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, “Balaxanıneft” Əməliyyat Şirkəti ARDNŞ-ə aid deyil.

OXŞAR XƏBƏRLƏR