Bakıda bir qrup gənc 7 polisi yaraladı - HADİSƏ

Bakıda bir qrup gənc 7 polisi yaraladı - HADİSƏ
Bütün Xəbərlər
14:53 10.02.2012
2068

Bakının Yasamal rayonunda polis əməkdaşları ilə bir qrup gənc arasında qarşıdurma baş verib.

Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, bir qrup gənc sərxoş vəziyyətdə Bakı Metropoliteninin “Nizami” stansiyanın platformasında polis əməkdaşlarına söz ataraq sataşıblar. Stansiyadan çıxandan sonra isə polis əməkdaşları ilə həmin şəxslər arasında dava düşüb. Nəticədə 7 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisədə təqsirləndirilən şəxslərdən 3-ü isə saxlanılıb. Saxlanılanların adları və polis əməkdaşlarının kimliyi açıqlanmır. Hazırda faktla bağlı araşdırma aparılır.

Yasamal Rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyib, hadisə ilə bağlı araşdırma aparıldığını bildiriblər.

APA

OXŞAR XƏBƏRLƏR