Bakıda 'BMW' yük maşını ilə toqquşdu: ölən var

Bakıda
Bütün Xəbərlər
12:15 06.06.2013
1075

Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza baş verib.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.Nazirlikdən bildirilib ki, bu gün səhər saatlarında Qaradağ rayonu Bakı-Qazax yolunun 31-ci kilometrliyində “BMW” markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub.Hadisə nəticəsində “BMW” markalı minik avtomobilində olan sərnişini aldığı ağır bədən xəsarətlərindən yerindəcə keçinib.Hadisə yerinə çağırılan FHN-in xilasediciləri deformasiya uğramış minik avtomobilindən meyiti təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

OXŞAR XƏBƏRLƏR